Zəmanət şərtləri
Zəmanət şərtləri
-
Satıcının zəmanət öhdəlikləri yalnız satıcının səlahiyyətli servis mərkəzləri tərəfindən yerinə yetirilir.
-
Zəmanət müddəti məhsulun alış tarixindən başlayır, məhsuldan asılı olaraq 14 gün - 12 ay müddətinə zəmanət verilir.
-
Zəmanət xidmətini həyata keçirmək üçün avadanlıq alıcı tərəfindən zəmanət talonu ilə birlikdə servis mərkəzinə gətirilməlidir.
-
Avadanlığın sıradan çıxmış hissələri 14 iş günü ərzində təmir edilir və ya dəyişdirilir. Bəzən ehtiyyat hissəsinin yolda yubanmasına görə bu müddət 45 günə qədər uzana bilər.
-
45 iş günü ərzində təmir oluna bilməyən mallar əmtəə görünüşünün saxlanılması və orjinal qablaşdırılması olduğu halda dəyişdirilir.
-
Təmir müddəti ərzində həmin qurğunun yenisi istehsal edilmirsə, o zaman analoji model ilə dəyişdirilir və ya müştərinin əlavə ödəniş edərək daha üst modeli seçmək imkanı vardır.
-
Alış tarixindən 14 gün ərzində istehsalçı qüsuru ilə əmələ gəlmiş nasazlıqlar servis mərkəzinin aktlaşdırılmasından sonra əmtəə görnüşünün saxlanılması və orijinal qablaşdırılması olduğu halda yenisi ilə dəyişdirilir.
-
Avadanlığın batareya və adaptoruna 1 ay müddətinə zəmanət verilir.
Satıcı aşağıda göstərilən hallarda zəmanət öhdəliyi daşımır:
-
Avadanlıq onun birbaşa təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə edilmişdirsə;
-
Avadanlıq üzərində təmir cəhdlərinin izləri vardırsa;
-
Qüsur avadanlığın konstruksiyası və ya sxemində istehsalçının nəzərdə tutmadığı dəyişiklik nəticəsində yaranmışdırsa;
-
Qüsur qarşısı alına bilməyən hadisənin təsiri, bədbəxt hadisələr, istehlakçı və ya üçüncü şəxslərin şüurlu və ya ehtiyatsız hərəkətləri nəticəsində yaranmışdırsa;
-
Qüsur rütubət, yüksək və ya aşağı temperaturlar, paslanma, oksidləşmənin təsiri, avadanlığın içinə yad cisimlərin, maddələrin, mayelərin, həşaratların düşməsi nəticəsində yaranmışdırsa;
-
Qüsur avadanlıq istehlakçıya verildikdən sonra yaranmış mexaniki zədələrdən sonra əmələ gəlmişdirsə;
-
Kompüter virusları və onlara bənzər proqramların təsiri, parollar, kodlarının təyin edilməsi, dəyişdirilməsi və ya silinməsi, avadanlığın proqram təminatının silinməsi, yazılması və ya istifadəsi zamanı yaranan çatışmazlıqlar;
-
Enerji, telekommunikasiya, kabel şəbəkələrinin qeyri-qənaətbəxş işi və yaxud onların parametrlərinin standartlara uyğun gəlməməyi və ya wifi şəbəkələrinin qeyri-kafi tutumu və radio siqnalın qeyri kafi gücü, o cümlədən, ərazi relyefi və şəhər mühitinin xüsusiyyətləri, avadanlığın şəbəkə təsiri zonasının sərhədində və ya xaricində istifadə edilməsi və digər buna bənzər xarici amillərin təsiri nəticəsində yaranan çatışmazlıqlar;
-
Qeyri-standart və ya keyfiyyətsiz sərfiyyat materialları, ləvazimatlar, ehtiyat hissələri, qida elementləri, müxtəlif növ məlumat daşıyıcılarından (SİM kartlar, yaddaş kartları daxil olmaqla,l akin bunlarla məhdudlaşmayaraq) istifadə nəticəsində yaranan çatışmazlıqlar;
-
Wi-Fi qurğuların tutma məsafəsi və ya onların işləmə sürətinə satıcı və dükan heç bir məsuliyyət daşımır.
-
Proqram təminatına zəmanət verilmir. Yaddaş qurğusunda əmələ gəlmiş nasazlıqlar nəticəsində məlumatların itməsinə görə satıcı məsuliyyət daşımır.