
SSD yoxsa HDD?
SSD (ingiliscə solid state drive) yaddaş mikrosxemlərindən ibarət sərt səthli diskdir.
Üstünlükləri:
-
Yüksək sürətli oxuma/yazma. Sürət həddi 600 MB/s-dən də yüksəkdir.
-
Kiçik fayllarla yüksək sürətli iş. Çox sayda xırda fayllarla iş qurğunun işini zəiflətmir.
-
Tərpənən detalların olmaması. Qurğunun işi onun fəzada formasından asılı deyil. Onu əymək, hətta çevirmək belə olar.
-
Səssizlik. Bu qurğuda sadəcə səs çıxara bilən heç nə yoxdur.
-
Zərbələrə davamlıdır. Yerə düşdükdən sonra belə çalışmağa davam edir.
-
Rahat və yüngül. Qurğu 2.5 form faktorunda istehsal olunur. Yaddaşın həcmindən asılı olmayaraq, qurğunun çəkisi 40-50 gr olur.
-
Enerjiyə qənaət. Noutbukların batareyadan işləmə vaxtını uzadır.
Çatışmazlıqları:
-
Yüksək qiymət. 2017-ci ildə 1 GB SSD 1TB SSD-dən 350% baha idi, 2019-cu ildə bu fərq 80%-ə enib. Hər il vəziyyət yaxşılığa doğru dəyişir.
-
Məhdud sayda yenidənyazılma dövrü. SSD disklərdə ən çox istifadə olunan yaddaş tipi MLC-dir, o 3000 yenidənyazma dövrünə dözə bilir. Bu elə də böyük rəqəm deyil, amma müasir SSD disklərdə yaddaşın bütün sektorlarının bərabər şəkildə işlənməsinə nəzarət edən kontrollerlər var. Bu texnologiya qurğunun, hətta çox aktiv istifadəsində belə, ömrünü bir neçə onillik uzadır.
-
Məlumatın bərpası. SSD-lərdə məlumatların bərpası demək olar ki, mümkünsüzdür.
HDD (ingiliscə hard disk drive) maqnit prinsipi ilə işləyən, ixtiyarı girişli qurğudur. Mənəvi cəhətdən o artıq köhnəlib, amma bəlkə onu hətta hələ də siyahıdan silmək tezdir.
SSD ilə müqayisədə HDD-nin üstünlüklərinə nəzər salaq:
-
Ucuz qiymət. 3 TB yaddaşa malik HDD 200 manata əldə oluna bilər, bu böyük həcmdə informasiyanı saxlamaq üçün ucuz variantdır.
-
Böyük ölçülər. HDD yaddaşın həcmindən asılı olmayaraq ölçülərində dəyişmir. Bu da o deməkdir ki, hətta çox böyük həcmdə yaddaşa malik HDD istehsalda çətinlik törətməyəcək və yenə də qiymətdə ucuz olacaq.
-
Məlumatın bərpası. HDD-lərdə məlumatların bərpası edilməsi mümkündür.
Müqayisə nəticəsində görmək olar ki, SSD sürətli, kompakt və uzunömürlü, lakin biraz baha variantdır, amma rahat və stabil iş təmin edir. Aşağıdakı fərqləri nəzərə almaqla biz sizə nə məsləhət görə bilərik? Əgər kompüter və ya noutbukunuzun sürəti sizi narahat edirsə məsləhət görürük ki, SSD-nin iş sürətinin şahidi olmaq üçün bu avadanlığı kompüter və ya noutbukunuza quraşdırasınız. Sürət fərqini özünüz hiss edəcəksiniz.
-
Oxuma/yazmanın yüksək sürəti, 600 MBps 90 MBps-ə qarşı. Bu fərq hər şeydə hiss olunur - Windows sisteminin yüklənməsi (20 saniyə 2 saniyəyə qarşı), oyunlar, köçürmə, proqramların işləməsi və s.
-
Kiçik faylarla iş sürəti. Böyük sayda kiçik fayllarla işlədikdə HDD sürətini 0.7 MBps-ə qədər itirir, SSD isə 100 Mbps-ə qədər. SSD-nin bir neçə dəqiqəyə görəcəyi iş HDD-də bir neçə saat uzana bilər.
-
Azaldılmış çəki. 1TB-lıq HDD 450 gr çəkiyə malikdir, eyni çəkidə SSD isə 40 gr. Qurğunun yüngül çəkisi portativ cihazlarla işi asanlaşdırır, məsələn noutbuk, portativ sistem bloku və s.
-
Uzunömürlüluk. HDD çox tez köhnəlir, daşınma, yerə düşmə vaxtı və ya maqnit dalğalarının təsiri nəticəsində sıradan çıxa bilər.
Sonda qeyd edək ki, SSD sürətli yarış avtomobilidirsə HDD məktəb avtobusudur. Odur ki, seçim sizindir...
Ətraflı məlumat üçün müraciət edin:
Bakı ş., Süleyman Rəhimov küç. 195
+994 50 212 27 04
+994 12 541 56 08
info@buyonline.az